“Latsio”nun qapıçısı Premyer Liqa klubunun hədəfində
“Latsio”nun qapıçısı Tomas Strakoşa karyerasını Premyer Liqada davam etdirə bilər. 27 yaşlı alban futbolçu ilə “Nyukasl” maraqlanır.
Klub futbolçu haqqında ətraflı məlumat istəyib. Strakoşanın romalılarla müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.
Qeyd edək ki, qapıçı A seriyasında 15 matçda 6-da qapısını toxulunmaz saxlayıb.