“Latsio”nun Pelleqrini planı
“Yuventus”un futbolçusu Luka Pelleqrini klubunu dəyişməyə yaxındır. Müdafiəçi karyerasını “Latsio”da davam etdirə bilər.
Romalılar 24 yaşlı italiyalını sonradan 8 milyon avroya almaq hüququ ilə icarəyə götürməyi planlaşdırır. “Yuventus” Luka ilə vidalaşmağın əleyhinə deyil.
Müdafiəçi ötən mövsümdə iki klubda icarədə olub. O, “Ayntraxt” və “Latsio”da çıxış edib.