“Latsio”dan yeni transfer

“Latsio”dan yeni transfer

“Latsio” niderlandlı futbolçu Kennet Teylorun transferini rəsmən açıqlayıb. Bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Ayaks”dan transfer edilən 23 yaşlı oyunçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

“Transfermarkt” portalının məlumatına görə, keçid 16,85 milyon avro qarşılığında baş tutub. Yarımmüdafiəçi yeni komandasında “24” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Amsterdam klubunun yetirməsi olan K.Teylor cari mövsümdə keçirdiyi 19 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan darmadağın

Növbəti yazı

“Neftçi”dən ev qalibiyyəti