“Latsio”da yeni müqavilə
“Latsio” baş məşqçisi Maurisio Sarri ilə müqaviləni uzadıb. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Yeni anlaşma 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub. O, ötən yaydan A seriyası təmsilçisini çalışdırır.
Qeyd edək ki, Sarrinin debüt mövsümündə romalılar çempionatda 5-ci olub, Avropa Liqasında pley-offa, İtaliya kubokunda 1/4 finala qədər irəliləyib.