“Latsio”da 2 illik müqavilə
“Latsio” baş məşqçisi Maurisio Sarri ilə müqaviləni uzadıb. Tərəflər 2025-ci ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalayıb.
63 yaşlı mütəxəssis 2021-ci ildən Roma təmsilçisini çalışdırır. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayında bitməli idi. Paytaxt təmsilçisinin rəhbərliyi bu müddəti daha iki illik uzadıb. “Latsio” A seriyasında 2021/22 mövsümündə 64 xalla 5-ci yeri tutub.