“Latsio” Sarri ilə müqaviləni uzadır
İtaliyanın “Latsio” klubu baş məşqçisi Maurisio Sarri ilə müqaviləni uzadacaq. 62 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu ilin iyununda Roma klubunun sükanı arxasına keçən Sarrinin yetirmələri 14 turda 21 xal toplayıb. “Latsio” A seriyasında 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, mütəxəssisin əvvəlki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.