“Latsio” Milinkoviç-Saviçi satmağa razılıq verdi
Sergey Milinkoviç-Saviç “Latsio”nu tərk edə bilər. İtaliya klubu futbolçu ilə müqaviləni uzatmaq istəsə də, buna nail olmayıb.
Bu üzdən də romalılar Sergeyi satmağa razıdır. Klub rəhbərliyi müqaviləsi 2024-cü ilin yayında başa çatacaq oyunçu ilə bağlı təklifləri nəzərdən keçirir.
Qeyd edək ki, Milinkoviç-Saviç İngiltərə Premyer Liqası klublarının hədəfindədir.