Laportadan “Barselona” qərarı
Xuan Laporta yeni müddətə “Barselona” futbol klubunun prezidenti seçilməyəcək. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Laportanın səlahiyyət müddəti 2027-ci ildə başa çatacaq. “Bir daha namizəd ola bilərdim, amma planlaşdırmıram. Bu yersiz olardı”, – Laporta deyib.
Onun 63 yaşı var və 2021-ci ildən “Barselona”nın prezidentidir.












