Laporta Mavi zonada
“Barselona” klubunun prezidenti Xuan Laporta artıq Bakıdadır. O, paytaxtda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda yerləşən Mavi zonanı ziyarət edib.
Kataloniya klubunun rəsmisi Mavi zonadakı pavilyonlarla tanış olub və oradakı insanlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, COP29 Bakıda noyabrın 11-dən start götürüb.