Laport İspaniyaya qayıdır
“Mançester Siti”nin futbolçusu Emerik Laport karyerasını İspaniyada davam etdirmək istəyir. Müdafiəçi bu yay “Barselona”ya keçməyi planlaşdırır.
Öz agenti ilə yollarını ayıran Laport yeni tərəfdaşları qarşısında şərt qoyub. O, “Barselona” ilə müqavilə imzalamaq fikrindədir.
Əgər “Barselona” variantı alınmasa, müdafiəçi “Atletik”ə qayıdacaq. O, 2011-18-ci illərdə Bilbao təmsilçisində forma geyinib.