Lanqle “Marsel”ə göndərilir
“Barselona”nın futbolçusu Kleman Lanqle karyerasını Fransada davam etdirə bilər. Klub rəhbərliyi 27 yaşlı müdafiəçiyə ehtiyac duymur.
Onunla vidalaşmaq istəyən İspaniya nəhəngi oyunçusunu icarəyə də göndərə bilər.
Lanqlenin xidmətində “Marsel” maraqlıdır. Xorxe Sampaoli yaxşı tanıdığı müdafiəçi sərəncamında görmək istəyir.