Lanqle “Atletiko”da
“Barselona”dan ayrılan Kleman Lanqlenin yeni klubu məlum olub. Fransalı müdafiəçi karyerasını “Atletiko”da davam etdirəcək.
Lanqle Madrid təmsilçisi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. O, “Barselona”dan əvvəl “Sevilya”nın şərəfini qoruyub.
Qeyd edək ki, 29 yaşlı futbolçu son mövsümü icarə əsasında “Atletiko”da keçirib.