La Liqanın ən yaxşısı
La Liqada ayın futbolçusu bəlli olub. “Real Sosyedad”ın futbolçusu Aleksander Sorlot səsvermədə hamını qabaqlayıb.
Hücumçu yanvarın ən yaxşısı seçilib. 27 yaşlı norveçli bunun üçün xüsusi mükafat alıb.
O, ötən ay 3 qol vurub. “Real Sosyedad” bu müddətdə 4 matçda 3 qələbə qazanıb.
Qeyd edək ki, 15 qol vuran Sorlot cari mövsümdə komandasının La Liqadakı ən yaxşı bombardiridir.