La Liqanın ən yaxşısı
İspaniya La Liqasında martın ən yaxşı futbolçusu bəlli olub. Bu mükafata Antuan Qrizmann layiq görülüb.
“Atletiko”nun fransalı hücumçusu səsvermədə digər namizədləri qabaqlayıb. Ö, ötən ay iki qol və asssitə imza atıb.
Mükafata digər namizədlər Enes Ünal (“Xetafe”), Rafinya (“Barselona”), Yaqo Aspas (“Selta”), Samuel Çukveze (“Vilyarreal”), Borxa İqlesias (“Betis”) və David Silva (“Real-Sosyedad”) olub.