La Liqanı tərk edən iki klub bəlli oldu
La Liqanın XXXIII turunda “Valyadolid” “Betis”lə üz-üzə gəlib. Qarşılaşma “Valyadolid”in 5:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Beləliklə, “Valyadolid” La Liqada qalmaq şansını itirib.
Komandanın sona 5 tur qalmış cəmi 16 xalı var. Düşmə zolağına ən yaxın “Alaves” isə 34 xal toplayıb.
“Valyadolid” cari La Liqada 33 turdan sonra öz qapısından 81 top buraxıb. Bu da çempionatda indiyədək ən pis nəticədir