La Liqada uğursuz seriya davam edir

La Liqada uğursuz seriya davam edir

La Liqada 2021-22 mövsümü başa çatıb. İspaniyanın yüksək divizionunda çıxış edən komandalar ümumilikdə 951 qol vurub.

Ardıcıl dördüncü mövsümdür ki, La Liqa komandaları 1000 qol səddini keçə bilmir. 2020-21 mövsümündə 953, 2019-20 mövsümündə 942, 2018-19 mövsümündə isə 983 qol vurulub.

Dörd mövsümdən ibarət bu seriya La Liqada son 27 ilin ən pis seriyasıdır.

ETOPAZ

Əvvəlki yazı

Leau mövsümün oyunçusu seçildi

Növbəti yazı

“Boston”da ciddi itkilər