La Liqada məhdudiyyət

La Liqada məhdudiyyət

İspaniyada keçirilən idman tədbirlərində tamaşaçı sayına məhdudiyyət qoyulub. Bu barədə qərarı İspaniyanın Səhiyyə Şurası verib.

Koronavirusa yoluxanların sayının artması ilə əlaqədar belə addım atılıb. Futbol oyunları və açıq havadakı digər tədbirlərdə stadionun tutumunun 100 deyil, 75 faizi tribunalara buraxılacaq. Qapalı məkanlardakı 80 faizlik məhdudiyyət isə 50 faizə endirilib.

Tədbirlər zamanı tamaşaçılar maska ilə əyləşməlidir. Onlara tribunada olduğu vaxt siqaret çəkmək və yemək də qadağan edilib.

ETOPAZ

Əvvəlki yazı

Marsial “Mançester Yunayted”dən getdi

Növbəti yazı

Taekvondo Federasiyasının prezidenti müəyyənləşdi