La Liqada ayın futbolçusu bəlli oldu
La Liqada ayın ən yaxşı futbolçusu bəlli olub. Bu ada “Barselona”nın oyunçusu Lamin Yamal layiq görülüb.
18 yaşlı katalon cinah oyunçusu ötən ay İspaniya çempionatında 4 matça çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Səsvermədə Yamal Kilian Mbappeni (“Real”), Antuan Qrizmanni (“Atletiko”), Mikel Oyarzabalı (“Real Sosyedad”) və Jerrar Morenonu (“Vilyarreal”) qabaqlayıb.












