La Liqa matçı təxirə salındı

La Liqa matçı təxirə salındı

La Liqanın VII turunun bu günə planlaşdırılan “Valensiya” – “Ovyedo” matçı güclü yağış səbəbindən ləğv edilib.

Bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb. Qarşılaşma sentyabrın 30-na təxirə salınıb.

İspaniya Meteorologiya Agentliyi (AEMET) Valensiya üçün “qırmızı xəbərdarlıq” elan edib. Oyun bu səbəbdən keçirilməyib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 30.09.2025

Növbəti yazı

AFFA klubları cərimələdi