La Liqa klubunda yeni müdafiəçi

La Liqa klubunda yeni müdafiəçi

İspaniya “Sevilya”sı heyətinə yeni futbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

La Liqa təmsilçisi Loik Badeni transfer edib. Fransalı müdafiəçi “Renn”dən icarəyə götürülüb. 24 yaşlı futbolçunun icarə müqaviləsində sonradan transfer edilməsi barədə bənd də yer alıb.

Qeyd edək ki, Bade “Renn”dən başqa “Havr”, “Lans” və “Nottinhem Forest”də forma geyinib.

ETOPAZ

Əvvəlki yazı

“Denver” – “Boston” oyunu dayandırıldı

Növbəti yazı

Cokoviçdən uğursuz start