La Liqa klubunda 2027-ci ilədək müqavilə

La Liqa klubunda 2027-ci ilədək müqavilə

“Vilyarreal”ın hücumçusu Yeremi Pinonun taleyinə aydınlıq gəlib. 19 yaşlı forvard La Liqa təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Avropa nəhənglərinin diqqət mərkəzində olan Pino üçün “Vilyarreal” saysız-hesabsız təkliflər almasına baxmayaraq, komandasında qalmağı üstün tutub. Onun yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yeremi Pino ötən mövsüm Avropa Liqasını qazanan ən gənc futbolçu (18 ya 218 gün) kimi tarixə düşüb.

e-Topaz

Əvvəlki yazı

İsko “Arsenal”ın hədəfində

Növbəti yazı

Oje-Alyassim “Top-10”da