“Lənkəran” səfərdən qələbə ilə dönür
Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub. B qrupunda son matç keçirilib.
“Quba” evdə “Lənkəran”a 84:87 hesabı ilə məğlub olub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Naxçıvan” “Sərhədçi”yə 80:76, “Abşeron” “Sabah”a 67:59, NTD “Neftçi”yə 105:100, “Sumqayıt” “Şəki”yə 98:93 hesabı ilə qalib gəlib.
Azərbaycan Basketbol Liqası
XIII tur
2 fevral
B qrupu
14:00. “Quba” – “Lənkəran” – 84:87 (21:18, 23:24, 26:23, 14:22)
Quba Olimpiya İdman Kompleksi