Kyeza “Torino” ilə oynamayacaq

Kyeza “Torino” ilə oynamayacaq

İtaliya millisinin və “Yuventus”un futbolçusu Federiko Kyeza daha bir oyunda komandasına kömək etməyəcək. Bunu A seriyası klubunun baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.

Mütəxəssis bildirib ki, zədədən dönüşü gözlənilən hücumçu “Torino” ilə həftəsonu baş tutacaq görüşü də buraxacaq. Bu qarşılaşma oktyabrın 15-də təşkil olunacaq.

Qeyd edək ki, Kyeza ilin əvvəlində əməliyyat olunub. Bərpa prosesi keçən italiyalının bu yaxınlarda bərpa prosesini yekunlaşdıracağı gözlənilir. O, sonuncu dəfə yanvarın 9-da meydana çıxıb.

e-Topaz

Əvvəlki yazı

Sürpriz kupon – 11.10.2022

Növbəti yazı

“Vaşinqton” hücumçusunu itirdi