Kyeza “Liverpul”u tərk edir
“Liverpul”da ayrılıq yaşanacaq. Komandanın futbolçusu Federiko Kyeza İtaliyaya qayıtmaq istəyir.
27 yaşlı oyunçu mersisaydlıların heyətində az şans qazanır və yenidən formasına qayıtmaq üçün İtaliya klublarından birinə icarəyə verilə bilər.
“Napoli”, “İnter” və “Fiorentina” Kyeza ilə maraqlansa da, hələ rəsmi müraciət etməyiblər.