Kyeza “Barselona”nın hədəfində
“Barselona” heyətini gücləndirmək niyyətindədir. Klub Federiko Kyeza ilə maraqlanır.
Kataloniyalılar onu 10-15 milyon avroya transfer etməyi hədəfləyiblər. 26 yaşlı yarımmüdafəçinin “Yuventus”un əsas heyətindən kənarda qalması “Barsa”nın bu planı həyata keçirməsinə şərait yaradıb. Turin klubunun baş məşqçisi Tyaqo Motta Kyezanın planlarına daxil olmadığını açıqlayıb. Futbolçunun menecerinin İspaniya təmsilçisi ilə danışıqlara start verdiyi bildirilib.