Kyellini “Los-Anceles”də
İtaliya “Yuventus”undan ayrılan Corco Kyellininin yeni klubu bəlli olub. 38 yaşlı italiyalı müdafiəçi “Los-Anceles”lə müqavilə imzalayıb.
Kyellini MLS klubuna azad agent kimi keçib. Onun anlaşması 2023-cü ilədək nəzərdə tutulub. 38 yaşlı müdafiəçi bunadək 18 il “Yuventus”un şərəfini qoruyub.