Kvaratsxeliya PSJ-də

Kvaratsxeliya PSJ-də

Xviça Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşib. Paris klubu “Napoli” ilə transferin bütün detallarını razılaşdırıb.

Klub prezidentləri Aurelio de Laurentis və Nasse Al-Xelayfenin bütün tələb olunan sənədləri imzaladıqları bildirilib. Gürcüstan yığmasının hücumçusu PSJ ilə 5+1 illik müqavilə imzalayacaq. Xviça yeni komandasında illik 9 milyon avro maaş və 2 milyon avro bonus qazanacaq. Transfer 70 milyon avro yekunlaşıb.

Qeyd edək ki, Kvaratsxeliya bu mövsümdə İtaliya A Seriyasında 17 oyunda 5 qol vurub, 3 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Emre Belözoğlu “Antalyaspor”da

Növbəti yazı

“Neftçi”dən yeni transfer