Kvaratsxeliya “Napoli”nin hədəfində

Kvaratsxeliya “Napoli”nin hədəfində

“Napoli” heyətini yeni oyunçu ilə gücləndirmək istəyir. Xviça Kvaratsxeliya Neapol klubunun hədəfindədir.

Cinah müdafiəçisinin özü də Batumi “Dinamo”sundan İtaliya təmsilçisinə keçmək haqqında düşünür. “Rubin”in sabiq futbolçusu İtaliyanı sevdiyini də bildirib.

“Napoli” gürcü futbolçu üçün 8 milyon avro ödəməyə hazırdır. Müqavilənin demək olar ki, bütün detalları razılaşdırılıb.

Daha əvvəl məlum olub ki, tərəflər 1,1 milyon avro maaşla 5 illik müqaviləyə razılaşıblar.

e-Topaz

Əvvəlki yazı

Dembele “Çelsi”yə “yox” dedi

Növbəti yazı

“Arsenal” “Real”ın oyunçusunu istəyir