Kvaratsxeliya “Mançester Siti”nin hədəfində
“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya karyerasını Premyer Liqada davam etdirə bilər. Onun xidmətində “Mançester Siti” maraqlıdır.
Futbolçu həmçinin, Avropanın bir sıra top-komandalarının diqqətini cəlb edib. Lakin Neapl klubunun onu buraxmaq istəmədiyi bildirilir.