Kutlu iki klubun hədəfində
“Qalatasaray”ın futbolçusu Berkan Kutlu yanvar ayında komandadan ayrılacaq. Türkiyəli yarımmüdafiəçisi iki klubun diqqət mərkəzindədir.
“Konyaspor” artıq Berkanla danışıqlara başlayıb. “Ağ-yaşıllar” 27 yaşlı oyunçuya 2,5 illik müqavilə və illik 400 min avro maaş təklif edib. Təcrübəli futbolçu ilə “Trabzonspor” da maraqlanır.
Qeyd edək ki, “Qalatasaray” Berkan Kutlunu 2021-ci ilin yayında “Alanyaspor”dan 4 milyon avroya transfer edib.










