Kurtuanın durumuna aydınlıq gəldi
“Real”ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib. Onun meydana nə vaxt qayıda biləcəyi məlum olub.
Bunu komandanın baş məşqçisi Karlo Ançelotti açıqlayıb. Mütəxəssis bildirib ki, qolkiper özünü yaxşı hiss edir və “Kadis”ə qarşı matçda meydana çıxa bilər.