Kurtua “Real”da qalacaq
“Real”ın qapıçısı Tibo Kurtuanın durumuna aydınlıq gəlib. Madrid təmsilçisi onu heyətdə saxlamaq niyyətindədir.
Belçikalı kluba müqaviləsini uzatmağa yaxındır. Tərəflər 2027-ci ilə qədər yeni sözləşmə imzalamaq niyyətindədirlər. Qapıcının “Real”la hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Qeyd edək ki, Kurtua bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 50 qol buraxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb.