Kurtua meydana qayıdır

Kurtua meydana qayıdır

Tibo Kurtua “Real”ın “Osasuna” ilə oyununda meydana çıxa bilər. Belçikalı qapıçının adı matçın protokoluna daxil edilib.

Onun La Liqanın 22-ci turunda iştirakı gözlənilir. Bu matç bu gün keçiriləcək.

30 yaşlı qolkiper fevralın 2-dən sonra meydana çıxmayıb. Sol ayağından zədələnin Kurtua klublararası dünya çempionatında da iştirak etməyib.

Qeyd edək ki, Kərim Benzema və Toni Kroos “Osasuna”ya qarşı oynamayacaq.

e-Topaz

Əvvəlki yazı

Osimhen zədələndi

Növbəti yazı

Nadaldan imtina