Kurtua AVRO-2024-ü buraxacaq
Belçika millisinin və “Real”ın qapıçısı Tibo Kurtuanın zədəsi davam edir. Onun durumuna aydınlıq gəlib.
Qolkiper AVRO-2024-də oynaya bilməyəcək. Futbolçu dizindəki çarpaz bağın yırtılmasından əziyyət çəkir. O, bu barədə danışıb:
“Zədəyə görə AVRO-2024-ü buraxacam. Əvvəlcə tam olaraq sağalmalıyam. Mümkün olsa, may ayında bir oyun keçirə bilərəm. Amma belə olan halda böyük turnirə 100% hazırlaşa bilməzsən”.