Kurtua ən yaxşı seçildi
“Real”da dekabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Bu mükafata komandanın qapıçısı Tibo Kurtua layiq görülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı belçikalı azarkeşlərin səsverməsində qalib gələrək Cud Bellingem, Antoni Rüdiger, Rodriqo və Orelyen Çuamenidən üstün olub.
Qeyd edək ki, dekabr ayında Kurtua bütün turnirlərdə Madrid klubunun heyətində 5 oyunda iştirak edib və 5 qol buraxıb.










