Kurtua əməliyyat olundu
Tibo Kurtua əməliyyat olunub. Bunu qapıçının çıxış etdiyi “Real”ın mətbuat xidməti açıqlayıb.
Belçikalı qolkiper menisk əməliyyatı keçirib. Buna onun dünənki məşqdə aldığı zədə səbəb olub.
Belçikalının bərpası iki ay çəkəcək. Kurtua sonuncu dəfə 2023-cü il iyunun 17-də millinin heyətində forma geyinib.