Kunya rəsmən “Yunayted”də

Kunya rəsmən “Yunayted”də

Mateus Kunya “Mançester Yunayted”lə müqavilə imzalayıb. Tərəflər arasındakı razılaşma 5 illik nəzərdə tutulub.

Müqavilənin şərtlərinə görə müddət daha bir mövsüm uzadıla bilər. “Mançester Yunayted” bu transferə görə Mateusun çıxış etdiyi “Vulverhempron”a təxminən 74 milyon avro ödəyiblər. İmzalanma mərasimindən sonra Kunya arzusunun reallaşdığını bildirib. O, uşaq yaşlarında komandanın azarkeşi olduğunu deyib.

Qeyd edək ki, Kunya bu mövsümdə meydana çıxdığı 34 qarşılaşmada 15 qol və 6 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.06.2025

Növbəti yazı

“Zirə”nin hazırlıq planı bəlli oldu