Kunya “Mançester Yunayted” yolunda

Kunya “Mançester Yunayted” yolunda

“Mançester Yunayted” heyətinə daha bir oyunçu qatmaq niyyətindədir. Klub “Atletiko”nun hücumçusu Mateus Kunyanı transfer etməyə yaxındır.

Tərəflər arasında danışıqlar son mərhələdədir. Braziliyalının transferi İngiltərə klubuna 50 milyon avroya başa gələ bilər. “Atletiko” da həmçinin “qırmızı şeytanlar”ın portuqaliyalı forvardı Kriştiano Ronaldonun xidmətində maraqlıdır. Lakin bu keçidlər bir-biri ilə əlaqəli deyil.

Qeyd edək ki, “Atletiko”ya ötən il “Herta”dan keçən Mateus Kunya keçən mövsüm 26 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Ruuddan yüksəliş, Medvedev liderliyini qorudu

Növbəti yazı

Nunyes “Liverpul”un tarixinə düşdü