Kunya “Mançester Yunayted” yolunda

Kunya “Mançester Yunayted” yolunda

“Mançester Yunayted” heyətini gücləndirmək niyyətindədir. Klub “Vulverhempton”un hücumçusu Mateus Kunya ilə maraqlanır.

“Qırmızı şeytanlar” 25 yaşlı futbolçunu rənglərinə bağlamağı planlaşdırır. Lakin qarşı tərəf oyunçusunu buraxmaq niyyətində deyil və ona 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşır.

Kunyanın “Vulverhempton”la hazırkı sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaq. Braziliyalı futbolçu cari mövsüm 20 qarşılaşmada 10 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” Qehini istəyir

Növbəti yazı

“Şamaxı”dan növbəti transfer