Kunde daha 5 il “Barselona”da
“Barselona” müdafiəçisi Jül Kunde ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kataloniyalılar Fransa millisinin üzvü ilə 5 illik sözləşməyə imza atıb.
Qeyd edək ki, 26 yaşlı Kunde 2022-ci ildən “Barsa”nın şərəfini qoruyur.












