Kunde “Barselona”nın bir addımlığında

Kunde “Barselona”nın bir addımlığında

Jül Kunde “Barselona”ya keçməyə yaxındır. Kataloniya klubu müdafiəçinin formasını geyindiyi “Sevilya” ilə ilkin razılıq əldə edib.

Fransalı futbolçunun “Çelsi”yə keçidi gözlənilirdi. Lakin Barselonanın eyniadlı təmsilçisi 23 yaşlı müdafiəçini ələ keçirməyə doğru ciddi addım atıb.

Keçidin yaxın günlərdə rəsmiləşməsi proqnozlaşdırılır. Fransalı futbolçunun özü də daha iddialı komandada çıxış etmək arzusundadır.

ETOPAZ

Əvvəlki yazı

Ternerlə Hildin “Leykers”ə keçidi baş tutmadı

Növbəti yazı

“Roma” Veynaldumu icarəyə götürmək istəyir