Kunde 2 matçda iştirak etməyəcək
“Barselona”nın oyunçusu Jül Kunde növbəti iki oyunu buraxacaq. Bu haqda qərarı baş məşqçi Xavi verib.
O, zədədən qayıtdıqdan sonra yalnız bir oyunda iştirak edən fransalı futbolçuya istirahət verməyi məqsədəuyğun görüb. Künde “Vilyarreal” və “Atletik”lə qarşılaşmalarda iştirak etməyəcək.
Qeyd edək ki, Kunde zədədən sonra yalnız “Real”la “El Klasiko”da (1:3) çıxış edib.