Kuminqadan tarixi nəticə

Kuminqadan tarixi nəticə

“Qolden Steyt”in basketbolçusu Conatan Kuminqa NBA tarixinə düşüb. O, bu uğura “Çikaqo” ilə matçda imza atıb.

Hücumçu bu qarşılaşmada 25 xal, 3 ribaund, 3 ötürmə və 3 blok-şot müəllifi olub. 138:96 hesablı qələbə zamanı 19 yaşlı basketbolçu oyundan 12 atışdan 10-da dəqiq oynayıb.

O, NBA tarixinə bir oyunda ən azı 25 xal toplayan və atışlarında minimum 80 faiz dəqiq olan ən gənc basketbolçu adını qazanıb. Kuminqa Duayt Hovard və Lamelo Bollu arxada qoyub.

ETOPAZ

Əvvəlki yazı

Mbappeyə 2 illik müqavilə

Növbəti yazı

“Arsenal”dan 70 milyonluq təklif