Kumana 2 oyunluq cəza

Kumana 2 oyunluq cəza

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman diskvalifikasiya olunub. Niderlandlı mütəxəssislə bağlı qərarı Yarışların təşkili komitəsi verib.

“Kadis”lə qarşılaşmanın (0:0) sonunda qırmızı vərəqə alan çalışdırıcı 2 oyunluq cəzalanıb. O, matçdan sonra hakimin işindən narazılığını sərt şəkildə bildirdiyi üçün qırmızı vərəqə alıb.

Kuman “Levante” və “Atletiko” ilə görüşlərdə komandaya texniki zonadan rəhbərlik etməyəcək. Klub və baş məşqçi cərimə də ödəyəcək.

“Barselona”nın Frenki de Yonq və Serxi Busketsin sarı vərəqələri ilə bağlı apelyasiyası da təmin edilməyib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldonun 230 minlik avtomobili

Növbəti yazı

Ostravada yarımfinalçılar müəyyənləşdi