Kuman üçün istefa tələbi
Ronald Kuman “Barselona”nın baş məşqçisi postunu tərk edə bilər. Buna səbəb İspaniya klubunun direktorlar şurasının üzvlərinin istəyidir.
Prezident Joan Laportanın başçılığı ilə keçirilən iclasda bəzi şura üzvləri israrla Kumanın istefasını tələb edib. Baş məşqçinin müdafiəsinə qalxan Laporta onlarla razılaşmayıb.
Daha öncə klub prezidentinin də Kumana vaxt verdiyi məlum olub. Bu ay keçiriləcək 4 görüş niderlandlı mütəxəssisin taleyinə aydınlıq gətirməlidir. “Barselona” bu müddətdə La Liqada “Qranada”, “Kadis” və “Levante”, Çempionlar Liqasında “Benfika” ilə görüşəcək. Əgər müsbət nəticələr əldə edilməsə, Laporta Kumanı istefaya göndərəcək.
Xatırladaq ki, baş məşqçinin müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.