Kuman milliyə qayıdır

Kuman milliyə qayıdır

Ronald Kuman Niderland milli komandasının baş məşqçisi postuna qayıtmağa yaxındır. Niderland Kral Futbol İttifaqı mütəxəssislə danışıqlara başlayıb.

59 yaşlı mütəxəssisin DÇ-2022-dən sonra bu vəzifəyə qaytarılması planlaşdırılır. 2018-20-ci illərdə bu postu tutan Kuman “Barselona”dan aldığı təklifə görə yığmadan ayrılmışdı.

Hazırda milliyə rəhbərlik edən Lui van Qalın müqaviləsi ilin sonunda başa çatacaq. Qətərdəki mundial onun üçün yığmada sonuncu sınaq olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Milan”dan 4 illik təklif

Növbəti yazı

Cokoviç yenidən zirvədə