Kulusevski komandanı tərk edir
“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kulusevski yay transfer pəncərəsində klubu tərk edə bilər. 25 yaşlı isveçli yarımmüdafiəçi bumövsümkü uğursuzluqdan sonra “Tottenhem”i tərk etmək istəyir.
Kulusevski 2023-cü ildən “Spurs”da çıxış edir. Bu mövsüm futbolçu bütün turnirlərdə 42 matçda meydana çıxıb, 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Kulusevskinin “Tottenhem”lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.