Kudus ikinci oldu

Kudus ikinci oldu

Dünya çempionatının ikinci turuna yekun vurulub. Cənubi Koreya ilə oyun Qana millisinin futbolçusu Mohammed Kudus üçün əlamətdar olub.

Yarımmüdafiəçi komandasının 3:2 hesablı qələbəsinə dublla töhfə verib. Dünənki qarşılaşmada 22 yaş 118 günlük olan Kudus bir mundial matçında dubl edən ən gənc ikinci afrikalı olub. Bu baxımdan rekordçu DÇ-2014 zamanı 21 yaş 254 günlüyündə Argentinanı iki dəfə məyus edən nigeriyalı Ahmed Musadır.

Qeyd edək ki, hazırda 3 xalla H qrupunda ikinci pillədə qərarlaşan Qana yığması son turda dekabrın 2-də Uruqvayla görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Kamerun antirekorda imkan vermədi

Növbəti yazı

Neymar virusa yoluxub