Kudus “Ayaks”dan ayrılacaq
“Ayaks”ın yarımmüdafiəçisi Məhəmməd Kudus klubu tərk edə bilər. O, qış transfer pəncərəsində komandadan ayrılmaq istəyir.
22 yaşlı futbolçuya iddialılar arasında İngiltərə, Fransa və Almaniya klubları da var. Kudus özü Premye Liqada oynamaq istəyir. Qanalının “Ayaks”la müqaviləsi 2025-ci ilə qədərdir.