Kudermetova 2019-cu ildən sonra ilk dəfə

Kudermetova 2019-cu ildən sonra ilk dəfə

Dünyanın 24-cü raketkası Veronika Kudermetova Hertogenboşda keçirilən turnirin 1/4 finalında Belinda Bençiçə qalib gəlib – 6:4, 6:2. Bu qələbə ilə o, yarımfinala yüksəlib.

Rusiyalı üçün bu, karyerasında “top-20” tennisçilər üzərində 12-ci qələbədir. Onun bu görüşlərdəki balansı 12:28-dir.

Kudermetova bu mövsüm dördüncü dəfə WTA yarımfinalına yüksəlib. O, həmçinin 2019-cu ildən bəri ilk dəfə ot meydanda keçirilən yarışın bu mərhələsinə vəsiqə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Onil “Leykers”in hədəfində

Növbəti yazı

Reythoven ikinci turnirində yarımfinalda